Taliban banklara Əfqanıstanın keçmiş məmurlarının hesablarını dondurmağı əmr edib. Radikal Taliban hərəkatının yaraqlıları Əfqanıstandakı özəl banklara keçmiş məmurların hesablarını dondurmağı əmr ediblər. 7NEWS.az xəbər verir ki, Taliban, banklardan ABŞ-ın əvvəlki dəstəklədiyi rejimlə işləyən Əfqanlarla əlaqəli bütün hesabların siyahıya alınmasını tələb ediblər. Məlumata görə, yaraqlılar keçmiş nazirlərin, millət vəkillərinin, qanunvericilərin və digər məmurların bank aktivlərinin bloka alınmasını əmr ediblər.








