RU
18:40
788

"Taliban" keçmiş hərbçiləri qurduğu orduya qəbul edir

"Əfqanıstandakı "Taliban” hərəkatı əvvəlki hakimiyyətdə ordu sıralarında xidmət etmiş hərbçiləri özünün qurduğu yeni ordunun tərkibinə qəbul etməyə hazırdır”.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bunu "Taliban”ın "Tasfiye əs-Səf” ("Sıraların təmizlənməsi”) komissiyasının rəhbəri Lətifullah Hakimi fevralın 22-də Kabildə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, yeni ordu ABŞ-ın Əfqanıstanda saxladığı silah və hərbi texnikadan istifadə edəcək: "Amerikalılar qaçan zaman atıb getdikləri 80 helikopter və təyyarəni artıq təmir etmişik. Bizim qənimət kimi 300 min atıcı silahımız, 26 min ağır silahımız və 61 min hərbi avtomobilimiz var”.

Məlumata görə, "Taliban”ın Müdafiə Nazirliyinin mətbuat katibi İnayətullah Xavarizmi yeni Əfqanıstan ordusunun 150 min nəfərlik olacağını bildirmişdi.

Qeyd edək ki, "Taliban” 2021-ci ilin avqustunda Əfqanıstan hakimiyyəti ələ keçirib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ