"Qəndəharda Molla Heybətullah Axundzadənin rəhbərliyi ilə "Taliban"ın Rəhbər Şurasının 3 günlük iclası keçirilib".
7NEWS.Az "Təsnim"ə istinadal xəbər verir ki, bunu "Taliban" sözçüsü Zəbihullah Mücahid bildirib.
Onun sözlərinə görə, ötən Şənbə günü başlayan toplantı Bazar ertəsi günü sona çatıb.
Üç gün davam edən iclasda Əfqanıstanın cari siyasi, təhlükəsizlik və sosial problemləri ətraflı müzakirə olunub,
Onun sözlərinə görə, iclasda Əfqanıstanda yeni İslam hökuməti və kabinetinin qurulması ilə əlaqədar məsləhətləşmələr aparılıb.
Eyni zamanda, bu gün "Taliban" liderlərindən olan Molla Əbdülqqəni Bəradər Qəndəhardan Kabula gəlib.
Əl-Cəzirə telekanalı bir Taliban rəsmisinə istinadən Əfqanıstanda yeni hökumətin qurulması ilə bağlı danışıqların bitdiyini və nəticələrin tezliklə açıqlanacağını bildirib.








