Taliban Pakistanın Əfqanıstanın iki sərhəd bölgəsinə hava hücumu təşkil etdiyini və hücumlarda üçü uşaq olmaqla 8 nəfərin öldüyünü iddia edib.
7NEWS.az xəbər verir ki, 20 ildən sonra Əfqanıstanda nəzarəti bərpa edən Taliban Pakistanın Əfqanıstan ərazisinə iki hava hücumu təşkil etdiyini iddia edib. Talibanın bəyanatına görə, hava hücumları nəticəsində beş qadın və üç uşaq ölüb. Taliban sözçüsü hücumları pisləyib və onları "suverenliyin pozulması" adlandırıb.
7NEWS.az








