RU
Taliban qadınların məşhur milli parka getməsini qadağan etdi
17:30
423

Taliban qadınların məşhur milli parka getməsini qadağan etdi


Nazirlikdən bildirilib ki, bu qərar qadınların parka gedərkən hicab taxmaması və İslam qaydalarına uyğun geyinməməsi əsas götürülüb.

7NEWS.az xəbər verir ki, Taliban administrasiyası qadınların ölkənin böyük göl kənarındakı milli parklarından birinə getməsini qadağan edib. Əxlaqın Təbliği və Əxlaqsızlığın Qarşısının Alınması Nazirliyi, təhlükəsizlik qüvvələrinə qadınların Bamyan əyalətindəki "Band-e-Amir” adlı milli parka girməsinin qarşısını almaq üçün göstəriş verildiyini açıqlayıb. Nazirlikdən bildirilib ki, bu qərar qadınların parka gedərkən hicab taxmaması və İslam qaydalarına uyğun geyinməməsi əsas götürülüb.


Qadağa fəziləti təbliğ etmək və əxlaqsızlığın qarşısını almaq naziri Məhəmməd Xalid Hənəfinin əyalətə səfərindən bir həftə sonra verilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ