Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal "Taliban" hərəkatının yaratdığı müvəqqəti hökumətin Təhsil Nazirliyi ölkənin cənubunda yerləşən Qəndəhar və Gilmənd əyalətlərində fəaliyyət göstərən bütün təhsil müəssisələrini bağlayıb.
7News.Az TASS-a istinadən xəbər verir ki, təhsil müəssisələrinin işinin müvəqqəti dayandırılmasına səbəb kimi "təlim planlarının və tədris fəaliyyətinin yoxlanılması” göstərilib.
Nazirlik araşdırma aparmaq üçün Qəndəhar və Gilməndə xüsusi komissiyalar göndərib.








