Əfqanıstanda “Taliban” hərəkatının yaraqlıları Qəndəhar hava limanına hücum ediblər.
Bu barədə yerli rəsmi qurumların məlumatında bildirilir.
“Bir dəstə silahlı yaxınlıqdakı məktəbdə mövqe quraraq aeroportu intensiv atəşə tutub”, yerli hakimiyyət nümayəndəsi Səlim Hapalvak bildirib.
Polis terrorçulara cavab atəşi açıb, ölən və yaralananlar barədə məlumat verilmir.
“Taliban” nümayəndəsi Kari Yusuf Əhmədi bir neçə silahlının aeroportun ərazisinə daxil olduğunu və təhlükəsizlik qüvvələri ilə döyüşdüyünü etiraf edib./gun
7news.az








