RU
14:11
441

"Taliban" yenidən hücuma keçdi - Əfqanıstandan son xəbərlər

Əfqanıstanda "Taliban" silahlıları Qunduz əyalətini ələ keçirmək üçün 4 istiqamətdə hücuma keçib.

7News.az "Reuters" xəbər agentliyinə istinadən məlumat verir ki, bir neçə saat əvvəl terrorçular hərbçilərin müqavimətini qıraraq, əyalətə daxil olub. Silahlılar bəyan edib ki, artıq Navabad şəhəri ələ keçirilib. Hava qüvvələrinin aviazərbələri zamanı xeyli itki verən terrorçular, geri çəkilmək niyyətində deyil. Hazırda Qunduz əyalətinin eyni adlı şəhəri uğrunda qızğın döyüşlər davam edir.Yerli mənbələrin məlumatına görə, şəhər sakinlərinin hamısı qaçıb. Küçələrdə dinc sakin gözə dəymir.

Qeyd edək ki, ötən il "Taliban" qəfil hücumla Qunduzu ələ keçirsə də, hərbçilərin əks həmləsi nəticəsində geri çəkilmək məcburiyyətində qalmışdı.

Xatırladaq ki, bu gün səhər saatlarında paytaxt Kabildə silsilə partlayışlar qeydə alınıb. 3 partlayıcı qurğunun işə düşməsi zamanı azı 1 nəfər həlak olub. Xeyli sayda yaralı var. Hücumun "Taliban" terrorçuları tərəfindən törədildiyi güman edilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ