RU
Talibandan təyyarədən yıxılan insanlarla bağlı açıqlama - “Məsuliyyət daşımırıq”
23:50
1454

Talibandan təyyarədən yıxılan insanlarla bağlı açıqlama - “Məsuliyyət daşımırıq”

Talibanın sözçüsü Suhail Şahen İngiltərə Baş naziri Boris Conson və beynəlxalq ictimaiyyəti "əfqan xalqının istəklərinə hörmət etməyə” çağırıb.

Şahen bildirib ki, bu onların öhdəliyidir.

"Çünki 20 il ərzində Əfqanıstanın çökməsinin arxasında onlar vardı. Əfqanıstanın yenidən inşasına və insanların Əfqanıstanda yeni bir həyata və yeni bir səhifəyə başlamasına kömək etmək də onların əxlaqi öhdəliyidir.

 

Heç bir qrup və ya şəxsin terrorçu fəaliyyətlər təşkil etmək üçün Əfqanıstanın qüsurlarından istifadə etməsinə icazə verməyəcəyik”, - o deyib.

Şahen Kabil Hava Limanında təyyarədən yıxılan insanlarla bağlı görüntülərdən də danışıb:

"Taliban o hadisəyə görə məsuliyyət daşımır. İnsanlar Əfqanıstanı kasıb ölkə olduğu üçün tərk etmək istəyir”./qafqazinfo

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ