RU
Taliblər Rusiya vətəndaşını girov götürdülər
00:40
965

Taliblər Rusiya vətəndaşını girov götürdülər

Özbəkistana istiqmətlənən Pakistanın “Mi-17” tipli helikopter Əfqanıstanın taliblərin nəzarət etdiyi  Loqar əyalətində qəza enişi edib.

7news.Az-ın Dunya TV-yə istinadən məlumatına görə, sərt eniş nəticəsində helikopterdə yanğın baş verib. Bəzi məlumatlara görə, helikopter taliblər tərəfindən yandırılıb. 

Məlumatda 7 nəfərdən ibarət ekipajın sağ qaldığı qeyd olunur. Onların arasında Rusiya vətəndaşının olduğu bildirilir. 

Pilotlar taliblər tərəfindən girov götürülüb. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ