Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində aprelin 21-də saat 06:30 radələrində erməni ordusunun bir əsgəri məhv edilib.
7News.Az erməni KİV-nə istinadən xəbər verir ki, Talış yüksəkliyi ətrafında baş verən atışma nəticəsində Ermənistan ordusunun hərbçisi 32 yaşlı Marat Rafaleviç Danielyan həlak olub.
Ermənistanın Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparır.








