Böyük Britaniyada sirk tamaşalarının birində xoşagəlməz hadisə baş verib.
7News.Az bildirir ki, yumoristik hərəkətləri ilə tamaşaçıları əyləndirən kloun auditoriyadan bir nəfərin onu müşayiət etməsini xahiş edib. Bu vaxt könüllü şəkildə səhnəyə çıxan Ben Qemhem adlı şəxs əyləncəli şounun iştirakçısına çevrilmək həvəsinə düşüb. Ancaq sirk şousu gözlənildiyi kimi nəticələnməyib. Yerə çırpılan Ben aldığı xəsarətdən huşunu itirib. Xəstəxanaya çatdırılan tamaşaçının vəziyyətinin yaxşılaşdığı bildirilir. Həkimlər xəsarət alan şəxsin əslində bəxtinin gətirdiyini düşünür. Kloun onun başının üzərinə yıxıldığından, bu şəxs həyatını itirə və ya iflic ola bilərdi. Xoşbəxtlikdən bunların heç biri baş verməyib. Sirk rəhbərliyi isə baş verənlərdən sonra zərərçəkən şəxs və onun yaxınlarının aldığı biletlərin pulunu qaytarıb və onlara növbəti şou üçün pulsuz dəvətnamə verib.








