RU
TANAP 2018-ci ildə tamamlanacaq
15:14
1640

TANAP 2018-ci ildə tamamlanacaq

“Rusiyadan gələn əlavə təbii qaz TANAP-a ötürüləcək”.

“Türkiyə ilə Rusiya arasında önəmli “Akkuyu Nüvə Stansiyası” və “Türk Axın”ı layihələri var. Nüvə Stansiyası ilə bağlı müddət sürətləndiriləcək”.

7News.Az “Habertürk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Türk Axını” layihəsi ilə bağlı görüşlər davam edəcək və qısa zamanda icra işlərinə başlanılacaq. Bu layihə “Qərb axını”nından aldığımız Rusiya qazını əvəz edəcək. İldə 16 milyard kubmetr təbii qaz nəql olunacaq və əlavə həcm Trans-Anadolu Boru Kəmərinə (TANAP) qoşulacaq. Düşünürük ki, bu işlər 2018-ci ilə kimi tamamlanacaq və bu təbii qaz Avropaya nəql ediləcək“.

Nazir bildirib ki, “Akkuyu” və “Türk Axın”ı zaman alan layihələrdir, amma bu məsələdə işləri daha da sürətləndirəcəyik”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ