RU
TANAP və TAP reallaşacaqmı? – Bügünkü toplantının əhəmiyyəti
15:48
1009

TANAP və TAP reallaşacaqmı? – Bügünkü toplantının əhəmiyyəti

“Rəsmi Tehran bu layihələrə qoşulmaqla bağlı açıqlama verməsə də, İranın TANAP və TAP layihələrinə qoşulması ehtimalı çox yüksəkdir”.

Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloqun fikrincə, bügünkü iclas çox mühüm əhəmiyyət kəsb edir və TANAP layihəsinin ardınca TAP layihəsinin də sürətlənməsi istiqamətində müvafiq addımlar atılacaq:

“Bu gün keçirilən toplantının çox mühüm tərəfləri var. İclas zamanı “Cənub Qaz Dəhlizi” layihəsinin tikintisində yaranmış problemlərin müzakirəsi gözlənilir. TANAP layihəsinin təməlinin qoyulmasının ardınca TAP layihəsinin reallaşması artıq gündəmə gəlib. Bu da Prezident İlham Əliyevin İrana səfərinin nəticəsində mümkün oldu. İranın da TANAP və TAP layihələrinə qoşulması ehtimalı çox yüksəkdir. Əgər İran da bu layihələrə qoşulsa, layihənin gücü iki dəfə artar. Rəsmi Tehran bu layihələrə qoşulmaqla bağlı açıqlama verməsə də, İranın TANAP və TAP layihələrinə qoşulması ehtimalı çox yüksəkdir. Bu layihələrin reallamasının ardınca Qərbin Rusiya qazına olan asılılığı minimuma enir. Düşünürəm ki, bu layihələrin reallaşması real görünür. İnanıram ki, bugünkü toplantının nəticəsində əhəmiyyətli saziş imzalanacaq və TANAP layihəsinin ardınca TAP layihəsinin də sürətlənməsi istiqamətində mühüm işlər görüləcək”.

Qeyd edək ki, bu gün Bu gün Bakıda Prezident İlham Əliyevin də iştirakı ilə “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının II iclası keçirilir. Toplantıya Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya, Bolqarıstan, Xorvatiya, Serbiya, Monteneqronun enerji nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri, ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın yüksək vəzifəli şəxsləri, habelə Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin və beynəlxalq maliyyə təşkilatlarının rəhbərləri qatılıb. 

ABŞ və Avropanın tədbirdə yüksək statusda təmsil olunması bu nəhəng layihəyə diqqətin göstəricisi olmaqla yanaşı, həm də siyasi dəstəyi də təmin etmiş olacaq. Məşvərət Şurasının budəfəki toplantısı həm də TAP layihəsinin reallaşdırılmasında qarşıya çıxan çətinliklərin, fikir ayrılıqlarının aradan qaldırılmasına da töhfə vermiş olacaq. /femida.az

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ