RU
Tanınmış bloqer mühazirə zamanı bıçaqlandı
13:30
321

Tanınmış bloqer mühazirə zamanı bıçaqlandı

Tanınmış yapon bloqer Kenişiro Okamoto internetdə mübahisələrin idarə edilməsi mühazirəsindən sonra bıçaqlanıb. 

7news.Az xəbər verir ki, bununla bağlı "South China Morning Post” məlumat yayıb. 

Hadisə iyunun 24-də baş verib. "Hagex” ləqəbi ilə tanınan 41 yaşlı Okamoto Fukuoka şəhərində keçirilən konfransda iştirak edib. O, internet üzərindən mübahisələrin idarə edilməsi ilə bağlı təcrübəsini bölüşüb. Cinayətkar bıçaq vasitəsilə onun kürəyinə bir neçə zərbə endirib. 

Polislər cinayətkarı həbs ediblər. 42 yaşlı Xidemitsu Matsumoto əməlini etiraf edib və bildirib ki, bloqeri nifrət səbəbindən bıçaqlayıb. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ