Almaniyanın Essen şəhərindəki türk barında atışma zamanı dörd güllə yarası alan tanınmış boksçu Manuel Çarr xəstəxanaya yerləşdirilib.
Insident sentyabrın 2-də gecə baş verib.
Suriya əsilli 30 yaşlı boksçu bardakı müştərilərdən biri ilə mübahisə edib, nəticədə atışma başlayıb.
Təsdiqlənməmiş məlumata görə, boksçu qarın nahiyəsindən dörd güllə yarası alıb. Yerli KİV-dəki məlumatlara görə, Çarranı yaralan şəxs hadisə yerindən qaça bilib.
Hazırda xəstəxanada olan Çarra əməliyyat edilib. Həkimlər idmançının vəziyyətinin stabil olduğunu bildirirlər./atv
7news.az
//







