RU
Tanınmış ekspertdən təklif - TƏHSİL MÜƏSSİSƏLƏRİ KAMERALAŞDIRILSIN
16:26
670

Tanınmış ekspertdən təklif - TƏHSİL MÜƏSSİSƏLƏRİ KAMERALAŞDIRILSIN

7News.az xəbər verir ki, son illər təhsil sahəsində neqativ hallar durmadan artmaqdadır. Məktəb direktorlarının rüşvət tələbindən tutmuş, müəllim-şagird münasibətlərinədək hər gün neqativ məlumatlar daxil olur. Məlumatlar qarşılıqlı ittiham şəklində özünü biruzə verdiyindən hər kəs günahı və məsuliyyəti öz üzərindən atmağa çalışır. 
Tanınmış sosial ekspert, gənc fəal Ata Türk Kamallı saytımıza məsələ ilə bağlı münasibət bildirib: "Bugün dünyanın bütün nöqtələrində təhsil sahəsi tam olaraq elektronlaşdırılıb. Burada söhbət tək dərs vəsaitlərində getmir. Söhbət həm də tədris prosesinin elektron qeydiyyatından gedir. Hesab edirəm ki, xüsusən də orta məktəblərdə dərs auditoriyaları tam video qeydiyyatı ilə təmin olunmalıdır. Belə olan halda müəllimlərin şagirdlərə qarşı kobudluqlarının, eyni zamanda şagirdlərin dərs prosesinə yanaşmaları tamamilə kökündən dəyişəcək. Hər kəs öz üzərinə düşən məsuliyyəti dərk edəcək"

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ