RU
Tanınmış futbolçunun atasının meyiti tapılıb
23:20
120

Tanınmış futbolçunun atasının meyiti tapılıb

Çili millisinin və Braziliya "Flamenqo"sunun futbolçusu Arturo Vidalın atası Erasmo Vidal Santyaqodakı atçılıq klubunda ölü tapılıb.

Onun cəsədini həmin ərazidə yerləşən restoranın sahibi aşkar edib. İddiaya görə, ölümə ürək tutması səbəb olub.

Polisin hadisə ilə bağlı araşdırma apardığı bildirilib.

Qeyd edək ki, Arturo Vidal Çili millisində 2007-ci ildə debüt edib. 35 yaşlı yarımmüdafiəçi yığmada 133 oyun keçirib və 32 qol vurub./report

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ