RU
Tanınmış həkim Mərkəzi Gömrük Hospitalına köçürüldü - Ağciyərlərində 90 faiz buzlaşma
15:30
1454

Tanınmış həkim Mərkəzi Gömrük Hospitalına köçürüldü - Ağciyərlərində 90 faiz buzlaşma

Koronavirusa yoluxmuş cərrah Niyazi Eminov dünən axşam saatlarında Mərkəzi Gömrük Hospitalına köçürülüb.

7News.Az APA-ya istinadən bildirir ki, bir müddətdir, "Yeni klinika"da müalicə olunan cərrahın Mərkəzi Gömrük Hospitalına köçürülməsinə qərar verilib.

N. Eminovun vəziyyəti ağır-stabil kimi qiymətləndirilir. Onun ağciyərlərində 90 faiz buzlaşma qeydə alınıb.

Qeyd edək ki, atası N. Eminovun Mərkəzi Gömrük Hospitalına köçürülməsi üçün müraciət etmişdi.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ