İranın ingilisdilli "Press” TV telekanalının müxbiri və aparıcısı ABŞ-da polis tərəfindən saxlanılıb.
"Press” TV-nin jurnalisti və xəbərlər verlişinin aparıcısı Mərziyyə Haşeminin Vaşinqtonda həbs olunaraq, polis nəzarətinə götürüldüyü barədə məlumat almışıq”, - deyə telekanalın rəsmi "Twitter” səhifəsində deyilir.
Saxlanılmanın səbəbi aydın deyil. Telekanalın məlumatına əsasən, hələlik ona qarşı heç bir rəsmi ittiham irəli sürülməyib.
7News.Az









