TANINMIŞ JURNALİST ƏMİNƏ YUSİFQIZI NÖVBƏTİ DOĞUM GÜNÜNÜ QEYD EDİR
Yevlaxda işıq üzü görən "Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı növbəti doğum gününü qeyd edir.
7NEWS.az xəbər verir ki, yubilyar respublikanın əməkdar jurnalisti, "Qızıl qələm”, Həsənbəy Zərdabi, Məhsəti Gəncəvi mükafatlarının və "Tərəqqi” medalının laureatıdır. Yubilyarın baş redaktoru olduğu "Kür” qəzetinin böyük tirajla nəşri, tək əyalət qəzetləri içərisində deyil, bütövlükdə ölkənin media məkanında tanınması məhz onun əməyi sayəsində mümkün olub.
Ə.Yusifqızı eyni zamanda, insanlara qayğı ilə yanaşan, onların problemlərinin aradan qaldırılmasına can yandıran insanpərvər və humanist ziyalı kimi də tanınır.
7NEWS.az dəyərli həmkarımızı 65 illik yubileyi münsibətilə səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayır.