RU
Tanınmış jurnalist Zülfüqar Hüseynzadə vəfat edib
12:18
553

Tanınmış jurnalist Zülfüqar Hüseynzadə vəfat edib

Tanınmış xəbər saytının rəhbəri vəfat edib.
"Moderator" saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə bu sabah Kəlbəcərdə vəfat edib.
Əslən Kəlbəcərin Başlıbel kəndindən olan Zülfüqar bəy doğma yurduna ziyarətə gedibmiş.
Alaçıq quraraq, gecəni kənddə keçirdən jurnalistin sabaha yaxın səhhəti qəfil pisləşib və o, ürəktutmadan vəfat edib.
Z. Hüseynzadənin 52 yaşı vardı.
Allah rəhmət etsin. Yaxınlarının və jurnalist cameəsinin başı sağ olsun!

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ