Tanınmış produsser Təranə Səmədova gənc müğənni İradə Mehri ilə iş birliyinə başlayıb.
Produsserin 7News.Az-ın verdiyi məlumata görə, o yeni iş birliyinin uğurlu olacağına inandığını bildirib: "Çox istedadlıdır. Ən əsası da insanlıq var. Mən iş birliklərimdə buna çox üstünlük verirəm. İradə ilə birlikdə çox gözəl işlərimiz olacaq".
Qeyd edək ki, İradə Mehrinin tanınmış DJ Roşka ilə birlikdə aranjman etdikləri "Ama yenə də" mahnısı qısa müddət ərzində 2 milyona yaxın izlənilib.
Həmin ifanı təqdim edirik.









