Türkiyənin tanınmış aktyorunun anasının cavanlıqda erotik filmlərə çəkildiyi məlum olub.

7News.Az haberler-ə istinadla xəbər verir ki, "Acemi cadı", "Adanalı" serialı ilə tanınan aktyor Çağkan Çulha "Yeşilçam" gözəli Mine Mutlunun oğludur.

Mine Mutlu 1948-ci ildə İstanbulda doğulub.19 yaşından filmlərə çəkilməyə başlayan Mine daha çox erotik kinolarda rol ifa edib.
O, daha sonra müğənni kimi fəaliyyət göstərib. Minenin çəkildiyi son film "Beddua" kinosu olub.

1978-ci ildə Ünal Çulha ilə ailə quran Mine 1 il sonra ondan ayrılıb. Lakin onlar uzun müddət eyni evdə yaşayıblar. Bu müddət ərzində cütlüyün iki övladı dünyaya gəlib.

Çağkan Çulhanın bacısı Büşra Çulha da aktrisa olub.
Mine Mutlu isə 1990-cı ilin sentyabrında sinə xərçəngindən dünyasını dəyişib.
7News.Az








