RU
Tanışını bıçaqlayan azyaşlı məhkəmə zalında HƏBS EDİLDİ
17:50
439

Tanışını bıçaqlayan azyaşlı məhkəmə zalında HƏBS EDİLDİ

Tanışını bıçaqlamaqda təqsirləndirilən azyaşlı Sübhan Atakişiyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 
Hakimlər kollegiyasının hökmü ilə Sübhan Atakişiyev 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
 
Qeyd edək ki, hadisə Qaradağ rayonunda baş verib. Azyaşlı olan S.Atakişiyev tanışı Yusif Mehdiyevi əvvəl çayxanada döyüb, sonra bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatı xilas edilib.
 
O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub./lent
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ