RU
Tanışını bıçaqlayıb öldürdü
11:00
178

Tanışını bıçaqlayıb öldürdü

Sumqayıtda tanışını bıçaqlayaraq öldürən şəxs saxlanılıb. 

Oktyabrın 10-da Sumqayıt şəhərində 1992-ci il təvəllüdlü Tural Abdulovun öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.


Araşdırmalarla 1994-cü il təvəllüdlü Sənan Hacının aralarında yaranmış mübahisə zamanı Tural Abdulova bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Sənan Hacı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İstintaq tədbirləri davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ