RU
Tanışını bıçaqlayıb öldürmək istədi
11:40
381

Tanışını bıçaqlayıb öldürmək istədi

Göyçayda 32 yaşlı kişi bıçaqlanıb.

Prokurorluqdan 7News.Az-a verilən məlumata görə, noyabrın 16-sı saat 20 radələrində 1992-ci il təvəllüdlü Fərid Mirzəyev tanışı, 1989-cu il təvəllüdlü Vüsal Məmmədova çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməyə cəhd edib.


Faktla bağlı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Fərid Mirzəyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ