RU
Tanışını öldürən hakim qarşısına çıxarıldı
16:10
508

Tanışını öldürən hakim qarşısına çıxarıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə tanışını öldürməkdə təqsirləndirilən 52 yaşlı Elman Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Mirzə Xankişiyevin icaraatında olan prosesdə hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmə prosesi sentyabrın 12-də davam etdiriləcək.

Xatırladaq ki, qətl hadisəsi bu il may ayında "Bakı Metropoliteni"nin "28 May” stansiyasının yeni çıxışının yaxınlığında, Təbriz küçəsi, 2 ünvanında baş verib. Həmin yerdə yerləşən tikilidə Lənkəran rayonun Kərgəlan kənd sakini, 1973-cü il təvəllüdlü Əliyev Müşfiq Firdovsi oğlunun meyiti tapılıb. Onun baş nahiyəsində çoxsaylı xəsarətlər olduğu müəyyən edilib.

Araşdırmalar nəticəsində məlum olub ki, M.Əliyevi 1965-ci il təvəllüdlü Məhərrəmov Elman Əli oğlu qətlə yetirib. E.Məhərrəmov M.Əliyevin başına küt alətlə çoxsaylı zərbələr vuraraq onu öldürdükdən sonra hadisə yerindən qaçsa da, çox keçmədən tutulub./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ