Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə tanışını öldürməkdə təqsirləndirilən 52 yaşlı Elman Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Mirzə Xankişiyevin icaraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə E.Məhərrəmov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, qətl hadisəsi bu il may ayında "Bakı Metropoliteni"nin "28 May” stansiyasının yeni çıxışının yaxınlığında, Təbriz küçəsi, 2 ünvanında baş verib. Həmin yerdə yerləşən tikilidə Lənkəran rayonun Kərgəlan kənd sakini, 1973-cü il təvəllüdlü Əliyev Müşfiq Firdovsi oğlunun meyiti tapılıb. Onun baş nahiyəsində çoxsaylı xəsarətlər olduğu müəyyən edilib.
Araşdırmalar nəticəsində məlum olub ki, M.Əliyevi 1965-ci il təvəllüdlü Məhərrəmov Elman Əli oğlu qətlə yetirib. E.Məhərrəmov M.Əliyevin başına küt alətlə çoxsaylı zərbələr vuraraq onu öldürdükdən sonra hadisə yerindən qaçsa da, çox keçmədən tutulub./qafqazinfo
7news.Az








