RU
Tanışını qarajda baltaladı
11:38
556

Tanışını qarajda baltaladı

Bakıda 30 yaşlı kişinin əli baltalanıb.

7News.Az-ın verdiyi xəbərə görə, hadisə fevralın 2-də Yasamal rayonunda baş verib.

Bəşir Səfəroğlu küçəsində yerləşən qarajda Ehtiram adlı şəxs xuliqanlıq zəminində Bakı şəhər sakini 1986-cı il təvəllüdlü Murad Quliyevin sol əlinə balta ilə zərbə vurub.

Qaraj M.Quliyevə məxsus olub. Hadisə ilə bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ