RU
“Tank biatlonu” müsabiqəsinin yarımfinalında iştirak edəcək komandaların püşkatması keçirilib
18:10
326

“Tank biatlonu” müsabiqəsinin yarımfinalında iştirak edəcək komandaların püşkatması keçirilib

"Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Rusiya Federasiyasının paytaxtı Moskva şəhəri ətrafında yerləşən "Patriot" parkında "Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsində iştirak edəcək komandaların avqustun 30-da püşkatma mərasimi keçirilib.

Bu barədə 7NEWS.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Komandaların rəhbərləri, məşqçilər və tank heyətlərinin iştirak etdiyi püşkatmanın nəticələrinə əsasən Azərbaycan tankçıları avqustun 31-də birinci divizionda Rusiya, Qazaxıstan və Çin komandaları ilə mübarizə aparacaqlar.

Yarımfinalda Azərbaycan komandası qırmızı, Rusiya komandası göy, Çin komandası sarı, Qazaxıstan komandası isə yaşıl rəngdə olan tanklarda yarışacaqlar.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ