RU
Tankçılarımız Rusiyada beynəlxalq yarışlara qatılıblar
21:54
1252

Tankçılarımız Rusiyada beynəlxalq yarışlara qatılıblar

İyulun 30-da Moskva yaxınlığındakı Kubinkada “Beynəlxalq Ordu Oyunları – 2016” yarışlarının rəsmi açılış mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a bildiriblər ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizi “Xəzər kuboku” və “Tank biatlonu” yarışlarında təmsil edir.

İyunun 30-da Alabino poliqonunda “Beynəlxalq Ordu Oyunları – 2016” yarışlarının “Tank biatlonu” müsabiqəsinə start verilib.

Azərbaycan tankçılarının da qatıldığı yarışlarda 17 ölkədən 51 tank heyəti iştirak edir. Yarışlarda Azərbaycan tankçıları “Т-72B3” tanklarında çıxış edirlər.

Beynəlxalq hərbi oyunlarda 19 ölkədən 121 komanda, ümumilikdə quru, hava və dəniz hazırlığı üzrə 23 müsabiqədə yarışır. Üç mindən artıq nümayəndənin iştirakı ilə 20 hərbi poliqon və 3 dəniz akvatoriyasında keçirilən oyunlar avqustun 13-dək davam edəcək.

7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ