RU
“Tanklara qarşı bədənlərini sipər edərək...” - Türkiyəli səfir
21:45
340

“Tanklara qarşı bədənlərini sipər edərək...” - Türkiyəli səfir

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb.

"Azərbaycanın müstəqilliyi uğrunda mübarizənin önəmli dönüş nöqtələrindən biri olan 20 Yanvar qətliamı və azərbaycanlı qardaşlarımızın tanklara qarşı bədənlərini sipər edərək inamla apardığı mübarizə əsla unudulmayacaq.

Bu gün bölgəmizdə sabitlik və rifahın önəmli bir qalası olan Can Azərbaycanın istiqlalı uğrunda 27 il əvvəl həyatlarını qurban verən şəhidlərimizi rəhmətlə anır, hər zaman olduğu kimi Azərbaycanla tam həmrəy olduğumuzu vurğulamaq istəyirik"./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ