RU
Tanklarımız cəbhənin Talış istiqamətinə doğru HƏRƏKƏTƏ KEÇDİ: Ermənistan TƏŞVİŞDƏ
16:26
1260

Tanklarımız cəbhənin Talış istiqamətinə doğru HƏRƏKƏTƏ KEÇDİ: Ermənistan TƏŞVİŞDƏ

Azərbaycan Ordusunun hərbi təlimləri Ermənistanda ciddi qorxuya səbəb olub.
7News.az xəbər verir ki, təlim çərçivəsində ordumuzun tankları, zirehli texnikası cəbhənin Talış istiqamətinə doğru hərəkət ediblər.

Ermənistanın mediası 10-11 may tarixlərində cəbhənin şimal istiqamətində Azərbaycan tanklarının hərəkətliliyinin müşahidə edildiyini yazıb.

"Lragir” saytının məlumatına görə, mayın 10-da saat 13:30 radələrində tanklar Talış istiqamətinə doğru hərəkət edib. Saat 14:55-də isə əvvəlki vəziyyətinə qayıdıb. Sayt mayın 11-nə keçən gecə də cəbhədə hərəkətliliyin olduğunu qeyd edib.

Xatrladaq ki, Azərbaycan Ordusu genişmiqyaslı təlimlər keçirir.//publika

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ