RU
Tapılan meyit ötən il itkin düşən şəxsə məxsus imiş
11:30
79

Tapılan meyit ötən il itkin düşən şəxsə məxsus imiş

Bir müddət əvvəl Abşeron rayonu, Saray qəsəbəsi, Zərifə Əliyeva küçəsi 1 ünvanında yerləşən ərazidə tapılmış çürümüş meyitin kimə məxsus olması müəyyən edilib.

Tapılmış meyitdən götürülmüş nümunələr üzrə aparılmış müqayisəli molekulyar-genetik tədqiqat başa çatıb.

Müəyyən olunub ki, aşkar edilmiş çürümüş vəziyyətdə olan naməlum meyit 1969-cu ildə Şamaxı rayonunda anadan olmuş Əbduləliyev Abas Ağamölüt oğluna məxsusdur.

Onun 2022-ci ildə itkin düşdüyü bildirilib.

Ekspertizanın nəticəsi barədə A.Əbduləliyevin ailəsinə məlumat verilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ