RU
“Tapşırıblar ki, Qənirənin bir kadrı da efirdə görünməsin” - Deputatdan TV-lərə irad
16:40
505

“Tapşırıblar ki, Qənirənin bir kadrı da efirdə görünməsin” - Deputatdan TV-lərə irad

Millət vəkili, keçmiş telejurnalist Qənirə Paşayeva televiziyalarla bağlı maraqlı açıqlama ilə çıxış edib.


7News.az xəbər verir ki, sosial şəbəkədə status yazan deputat uzun müddət televiziyaya baxmadın, maraqlı verilişə baxmaq ümidiylə televizoru yandırdığını yazıb. Ümidləri puç olan Q. Paşayeva fikirlərini "yaxşı ki, TV-dən vaxtından ayrıldım” deyə izah edib: "Xeyli vaxt idi ki televiziyalarımıza baxmırdım. Səbəbi çox nadir hallarda maraqlı verlişlə rastlaşmağımdır. Bir az əvvəl açdım ki, bəlkə maraqlı bir şey olar. Açan kimi rayonlarımızdan birindən toy mərasimi verilirdi. 2-3 dəqiqə sonra verlişdə belə bir elan çıxdı. "Kim öz xeyir işlərini televiziyada görmək istəyirsə bizimlə əlaqə saxlasın" və bu bir neçə dəfə təkrarlanmağa başladı. Adamlar mikrafona "xoşbəxt olsunlar, sənun üçün olsun" kimi arzularını bildirir, qızğın rəqs mərasimləri nümayiş etdirilir və s. Televizoru söndürüb növbəti dəfə "nə yaxşı ki, vaxtında getdin televiziyadan” dedim öz-özümə”.


Deputatın təxminən 10 il əvvəlki reytinqli verilişlərlə indiki reytinqli verilişlərin müqayisəsini də aparıb: "Bizim vaxtların ən reytinqli verlişlərini xatırlayıb indiki ən reytinqli verlişlərlə müqayisə edəndə adamın ürəyi sıxılır. Bir çox insanlar tez-tez "Qənirə xanım, niyə televiziyalardakı bir çox proqramlarla bağlı münasibətinizi bildirmirsiniz, axı siz bu sahədən gəlmisiniz”, - deyə sual edirlər. Bilmirlər ki, fikrimizi deyəndə, bölüşəndə televiziyaların əksəriyyətinin rəsmiləri bunu doğru qəbul etmirlər, səni düşmən elan edirlər, "onu efirə çağırmayın”, - deyə göstərişlər verirlər. Hətta eləsi var ki, deyir Qənirə xanımın tədbirlərdən bir kadrı da bizim efirdə görünnməsin. Operator yəqin işdən çıxarılma qorxusundan televiziya anlayışı olmayan rəhbərinə deyə bilmir ki, axı rəsmi tədbirdə ümumi planı necə çəkim ki, Qənirə xanım orada görünməsin. Tədbirdə də zülm çəkir kadr çəkə bilmək üçün və sonra mənim köməkçimin yanında rəhbərinin hərəkətindən gileylənərək "vallah Qənirə xanımın üzünə baxanda utanırıq, amma neyləyək" deyir. Mən də uşaqlara narahat olmasın, mən onun vəziyyətini anlayıram və xəbərlər xidmətinə o zehniyyətdə adamın rəhbərlik etdiyi televiziyanın xəbərlərində də, verlişlərində də görünməsəm yaxşıdır deyirəm. İnsanlar da deyir gəl bu cür adamlara arada televiziya barədə iradlarını söylə. Eh, nə isə... Allah böyüyən balalarımıza özü kömək olsun!”//bakipost

 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ