Azərbaycanda benzinin qiymətinin artacağı il bağlı müxtəlif fikirlər yayılıb.
7news.az baku.ws-ə istinadən məlumatına görə, sosial şəbəkələrdə manatın dollara nisbətdə 50 faiz ucuzlaşmasından sonra yanacaq məhsulları və benzinin qiymətinin artacağı müzakirə mövzusuna çevrilib.
Məsələ ilə bağlı Tarif Şurasından bildiriblər ki, yayılan söz-söhbətlərin heç bir əsası yoxdur:
“Bununla bağlı heç bir müraciət daxil olmayıb. Yaxın günlərdə də enerji daşıyıcılarının qiymətinin qaldırılması ilə bağlı məsələ gündəmdə deyil”.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 21-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, dolların rəsmi məzənnəsi dəyişməyib 1,5500 manat (17 dekabr - 1,0499) manat təşkil edib. Manata nəzərən avronun kursu isə 1,16850 (17 dekabr - 1,1394) manat olub.
7news.az








