RU
Tarix İnstitutunun şöbə müdiri vəfat etdi – FOTO
13:38
469

Tarix İnstitutunun şöbə müdiri vəfat etdi – FOTO

Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun "Azərbaycanın müasir tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Adil Məmmədov vəfat edib. 

7news.Az xəbər verir ki, bu barədə sosial şəbəkədəki hesabında Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, istiqlalçı deputat Hacıbaba Əzimov məlumat verib.


H.Əzimov mərhumu "60 ildən artıq bir dövrdə Azərbaycanda elm və təhsilin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli alim” kimi səciyyələndirib. Onun ölümünü Azərbaycan xalqı və elmi ictimaiyyəti üçün itki adlandırıb: "Əminik ki, parlaq şəxsiyyət, böyük vətənsevər insan, dürüstlük, saflıq, ziyalılıq nümunəsi olan Adil Məmmədovun adı daim qəlblərdə yuva tapacaq, Azərbaycan tarixində əbədi yaşayacaq. Əlli ildən artıq ailəvi dostluq etdiyim unudulmaz və əziz Adil müəllim, məkanın cənnət olsun!”


Qeyd edək ki, A.Məmmədov 1929-cu ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. "Azərbaycan fəhlə sinfi birinci beşillikdə (1928-1932-ci illər)” adlı namizədlik və "Azərbaycan SSR-də fəhlə sinfi (1926 iyun-1941-ci illər)” adlı doktorluq dissertasiyası müdafiə edib. Bir neçə kitabı və 90-dan artıq elmi məqaləsi çap olunub. Tarixçı alim dekabrın 21-də Bakıda vəfat edib.


Allah rəhmət eləsin!

 


 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ