RU
Tarixdə belə qol hələ vurulmamışdı
12:23
1145

Tarixdə belə qol hələ vurulmamışdı

Ukrayna 2-ci liqasında "Avanhard Kramatorsk" ilə "Ternopil" arasında keçirilən qarşılaşmada maraqlı bir qol vurulub.

7News.az ensonhaber-ə istinadən bildirir ki, qarşılaşmanın 54-cü dəqiqəsində "Avanhard Kramatorsk" forması geyən Dmitri Ulyanov sağ cinahdan gələn ötürməni qəbul edib, arxa dirəyin yaxınlığında "əqrəb vuruşu" ilə topu qapıdan keçirməyi bacarıb.

Xatırladaq ki, bu zərbə, Kolumbiyanın əfsanəvi qapıçısı Rene İkitanın zərbəsi olaraq yaddaşlarda qalıb. O, qapısına vurulan zərbələrdən bir neçəsini belə dəf edərək dünya futbol tarixində mümkünsüzü reallaşdırmışdı.

Qeyd edək ki, yekunda Ulyanovun formasını geydiyi "Avanhard Kramatorsk" 2-0 hesabı ilə qələbə qazanıb.

Tarixdə belə qol hələ vurulmamışdı

 

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ