RU
Tarixdəki ən böyük cəzalardan biri verildi
10:10
640

Tarixdəki ən böyük cəzalardan biri verildi

ABŞ-da uşaqları qaçıraraq fahişəliyə məcbur edən cinayətkar dəstənin lideri Brok Franklinə tarixdəki ən ağır cəzalardan biri verilib.

Kolorado ştatında tutulan Franklin 30 ayrı cinayətdən hakim qarşısına çıxıb.

Məhkəmə Franklinə 472 il həbs cəzası verib. Bu, ən uzunmüddətli cəzalardan biri kimi tarixə düşüb.

7 nəfərlik dəstənin 4 üzvü tutulub. Digər 3 cinayətkarın axtarışı davam etdirilir.

Tarixdə ən ağır cəzalardan bir neçəsini təqdim edirik:

150 il - Bernie Madoff (saxtakarlıq, 2009-cu il)

835 il - Şalom Veys (saxtakarlıq, 2000-ci il)

957 il – Cefri Dahmer (silsilə cinayətlər, 1992-ci il)

1000 il - Peter Mallori (uşaqları istismar etmək, 2013-cü il)

1000 il - Ariel Kastro (girov götürmə, təcavüz, 2013-cü il)

10 min il və 2 dəfə ömürlük həbs – Dadli Ueyn Kayzer (üç ağır cinayət, 1970-ci illər)/qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ