Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən "Tariximiz Qarabağ” layihəsinin ilk tədbiri keçirilib. Layihə rəhbəri Abdurəhimova Nərgiz vurğulayıb ki, sözü gedən mövzu hər bir Azərbaycan gəncinin yaralı, ağrılı yeri olan Qarabağ məsələsdir. Hər bir Azərbaycan gənci Dağlıq Qarabağın tarixini bilməli və onun təbliğatçısı olmaldır. Layihədə Qarabağ atları, Qarabağ xalçaçılıq sənnəti və tarixi abidələri haqqında gənclərə geniş məlumat verilib








