İnsan var ki,
onun ömürlüyü bir vərəqə ancaq
yerləşir, insan da var ki, onun ömrünün təsviri
bir
kitaba da sığmır.
Sovet hökumətinin təhlükəsizlik idarəsində
çalışmış şəxslərdən biri də İmanov Bəşir İsmayıl oğlu olmuşdur.
SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik
Komitəsinin (Azərbaycan Sovet Təhlükəsizlik Orqanlarında) birinci şəxsin
müavini vəzifəsində çalışıb və eyni zamanda hərbi və xüsusi təhsil məktəblərində
tədris olunan dərsliklərin müəllifi kimi tanınıb, həmdə gənclərin hərbi xidmətə
hazırlanmasına öz töhvəsini verib. Onun təkidi və köməkliyi ilə bir çox gənclərimiz
o dövrdə azərbaycanlılar üçün əlçatmaz olan Ali hərbi məktəblərə göndərilib. Bəşir
İmanov haqqında Jurnalist araşdırması nəticəsində maraqlı məlumatlar əldə
olunub.
Məlumata görə haqqında bəhs olunan zabit Bəşir
İmanov DTK-nın Nazirlik olduğu dövrlərdə, 1948-ci ildən SSRİ Dövlət Təhlükəsizlik
Nazirliyinin Azərbaycan şöbəsində birinci şəxsin müavini vəzifəsində çalışıb.
1953-cü ildə Nikita Xruşşov hakimiyyətə gələndən bir qədər sonra, onu bu vəzifədən
uzaqlaşdırıb, Lavrenti Beriya adına Milis İdarəsinin rəisi təyin edib.
Azərbaycan Respublikasının Daxili İşlər
Nazirliyi (DİN) Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanan
müraciətin cavabında bildirilmişdir ki, (05 may 1914-cü il təvəllüdlü – 08
noyabr 1969 vəfat tarixli) Füzuli rayonunda anadan olmuş, sabiq milis
polkovniki İmanov Bəşir İsmayıl oğlunun şəxsi işində qeyd olunub ki,
21.12.1940-ci ilden 08.11.1969-cu ilədək daxili işlər orqanlarında müxtəlif vəzifələrdə
(müstəntiq, əməliyyat müvəkkili, Ьаş əməliyyat müvəkkili, inspektor, Ьаş
inspektor, bölmə rəisi, şöbə rəisi, idarə rəisi) xidmət etmişdir.
Xidmət dövründə 15 mükafatı olmuşdur (onlardan:
pul mukafatı - 2, təşəkkür - 6, medal - 7). 1944-cü ildə "Qafqazın müdafiəsinə
görə" medalı, 1945-ci ildə "Böyük Vətən müharibəsində Almaniya üzərində
qələbəyə görə" medalı, 1945-ci ildə "Əmək igidliyinə görə"
medalı, 1948-ci ildə "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley
medalı, 1954-cü ildə "İctimai asayişin qorunmasında əla xidmət etməyə görə"
medalı, 1961-ci ildə "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı,
1966-cı ildə "Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley
medalı ilə təltif olunub.
АzегЬаусаn RespuЫikası DiN-in 31.12.1969-cu il
tarixli 1350 №-li əmrinə əsasən B.i.imanov ölümü ilə əlaqədar şəxsi heyətin
siyahısından çıxarılmışdır (əsas: arxiv şəxsi işin № Arx.71928). Azərbaycanda
ona Ali rütbənin verilməsi barədə hər hansısa sənəd aşkarlanmamışdır, sözü gedən
məsələnin araşdırılması üçün Moskva DİN Arxiv idarəsinə rəsmi sorğu
ünvanlandırılmışdır, (ünvan: 117418, Moskva şəhəri, Novoçeryomuşkinskaya küçəsi,
67) Rusiya Daxili İşlər Nazirliyi Arxiv Mərkəzinin şöbə müdiri A.A. Kovalev
3/237701880628 №li məktubunda qeyd edib ki, Bəşir İmanova ölümündən bir necə
gün əvvəl Moskvadan ali rütbə (general) verilməsi nəzərdə tutulubmuş, belə ki,
təqdimat sərəncamda imiş, lakin ürək çatışmazlığından vəfat etmiş Bəşir İmanov
Moskvaya yollana bilmədiyi üçün ali rütbəni daşımaq ona nəsib olmayıb. Polis
orqanlarındakı yüksək xidməti ilə hər kəsin hörmətini qazanan Bəşir İmanov
1969-cu ildə ürək çatışmazlığından vəfat edib. Moskva generalları onun ailəsinə
baş sağlığı məktubu göndərib, qeyd ediblər ki, bu vaxtsız ölüm NKVD üçün çox
böyük itkidir.








