Türkiyənin ən məşhur müğənnilərindən biri Tarkanın xanımı Pınar Dilək gizlicə əməliyyat olunub. O, plastik cərrahiyyə və rinoplastika əməliyyatına məruz qalıb.
7News.az bildirir ki, burnunda çəpər əyriliyi problemi çözülən Pınar Dilek klinikada qalaraq reabilitasiya kursu keçməkdən boyun qaçırıb.

Bu səbəbdən o, evdə həkim nəzarətindədir.
Tarkan da xanımına evdən çıxmağı qadağan edib.
Tarkan 14 il əvvəl Almaniyada qastrol əsnasında tanış olduğu Pınar Dileklə may ayında evlənib.
7News.az










