RU
“Tarqovı”da qızlar saçyolduya çıxdılar - Polis güclə ayırdı
12:30
455

“Tarqovı”da qızlar saçyolduya çıxdılar - Polis güclə ayırdı

Bakının mərkəzində xanımlar arasında dava-dalaş düşüb.

7News.az xəbər verir ki, Xəqani  küçəsi 24 ünvanın  qarşısında ("Tarqovı" məhəllə istiqaməti) Sumqayıt şəhər sakini, 1993-cü il təvəllüdlü Qasımova Zülfiyyə Tağı qızı ilə 1997-ci ildə anadan olmuş paytaxt sakini Rəşidova Nəzrin Şahin qızı arasında dava düşüb.

Yaxınlıqdakı şəxslər çalışsa da bir-birini vurub, saçını yolan qızları ayıra bilməyiblər. Ərazidə xidmət aparan post patrul polisinin müdaxiləsindən sonra onları sakitləşdirmək mümkün olub. Hər iki qız polis bölməsinə aparılıb və izahatları alınıb.//lent

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ