RU
Tatarıstanda zavodda partlayış olub, 10-dan çox insan yaralanıb
18:00
17

Tatarıstanda zavodda partlayış olub, 10-dan çox insan yaralanıb

Tatarıstanın Nijnekamsk şəhərində neft emalı zavodunda yanğınla müşayiət olunan güclü partlayış baş verib.

Rusiya mediasının məlumatına görə, Nijnekamsk şəhərinin meri Radmir Belyaev bildirib ki, yanğın artıq lokallaşdırılır.

Mer partlayışın səbəbinin texniki nasazlıq olduğunu qeyd edib.

Hadisə nəticəsində 10-dan çox insan yaralanıb.

Yerdə qalan işçilər təxliyə edilib.

Şəhər aeroportunda təyyarələrin qəbuluna və uçuşuna məhdudiyyətlər qoyulub.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ