RU
Taylandda Ayıdan qaçmaq üçün öz qolunu kəsən adam xəstəxanaya yerləşdirilib
14:52
39

Taylandda Ayıdan qaçmaq üçün öz qolunu kəsən adam xəstəxanaya yerləşdirilib

7NEWS.az xəbər verir ki, Taylandın Chiang Mai şəhərindəki vəhşi təbiəti mühafizə mərkəzində dünən baş verən hadisədə könüllü olaraq çalışan turist meyvə verdiyi vəhşi ayının hücumuna məruz qalıb. Qəfəsdə ayı tərəfindən tutulan 32 yaşlı isveçli turist Stefan Klaudio Spekoqnanın sağ əli ayı tərəfindən dişlənib. Hadisə şahidlərinin sözlərinə görə, qəfəsə meyvə qoymaq üçün qolunu dəmir barmaqlıqların arasından keçirən Spekoqyanı ayı qəfəsə doğru dartıb. Kişinin hücumdan xilas olmaq üçün öz qolunu bıçaqla kəsdiyi öyrənilib. Hücumdan sonra xəstəxanaya yerləşdirilən Specogna həyatının təhlükədə olmadığı öyrənilib və hadisə ilə bağlı araşdırma başlayıb. 7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ