Taylandda dəhşətli qətl hadisəsi baş verib.
22 yaşlı qadın ərini öldürərək kanalizasiya quyusuna atıb. Buna səbəb isə gənc qadının ərinin cibindən prezervativ tapması olub. Əri ilə mübahisə edən Nittaya onu bıçaqla qətlə yetirib.
Hadisə Udon şəhərində baş verib. 22 yaşlı Nittaya Sengdeuan 62 yaşlı əri Amnuay Vensilanın paltarını yumaq üçün ciblərini boşaldırmış. Bu zaman şalvarın cibindən prezervativ çıxıb.
Ərinin başqa qadınla münasibəti olduğundan şübhələnən Nittaya Amnuayı evin bağçasında qətlə yetirib. Sonra isə cansız meyitini kanalizasiya quyusuna atıb.
İlk ifadəsində qadın evlərinə kiminsə soxulduğunu, ərini öldürdüyünü bildirib. Guya qadın digər otağa qaçaraq qurtulub. Amma sonradan baş verənləri etiraf edib./olke.az



7news.Az








