RU
Taylandda qəribə hadisə — Yemək bişirən qadının başına kobra ilanı düşdü
16:21
2199

Taylandda qəribə hadisə — Yemək bişirən qadının başına kobra ilanı düşdü

Taylandda qəribə hadisə baş verib.

Evinin mətbəxində yemək hazırlayan qadının başına tavandan 4 metrlik kobra ilanı düşüb. İlan zəhərli kral kobrasıdır.

İnsident bu gün səhər saatlarında Taylandın cənubundakı Sonqxla şəhərində baş verib. Xoşbəxtlikdən qadın xəsarət almayıb. Amma ciddi şəkildə sarsıntı keçirib.

Qadının əri dərhal hadisə yerinə heyvanların müdafiə xidmətinin əməkdaşlarını çağırıb. Xidmətin əməkdaşları ilanı tuta biliblər.

Qeyd edək ki, bir müddət əvvəl çıxan xəbərə əsasən Çində kobra ilanı avtomobilin kapotu altında gizlənmişdi./olke.az
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ