7NEWS.az xəbər verir ki, Taylandda özünü kraliça kimi təqdim edənlərə həbs cəzası verilib. Bu gün Tailand Cinayət Məhkəməsində baxılan işdə 26 yaşlı fəal Jatuporn Sae-Ung 2020-ci ildə paytaxt Banqkokda keçirilən nümayiş yürüşü zamanı Tayland kraliçasını təqlid etdiyi üçün 2 il həbs cəzasına məhkum edilib. Məhkəmə Sae-Ung-un 2020-ci ildə Banqkokun Silom rayonunda keçirilən aksiyada Tayland Kraliçası paltarını geyinməsinin və kraliçanı təqlid etməsinin "lese-majeste" adlı kral qanununa zidd olduğuna qərar verib.
7NEWS.az








