7NEWS.az xəbər verir ki, Tayvan səmasında Çin təyyarələri göründü. Tayvan Müdafiə Nazirliyindən verilən açıqlamada son 24 saat ərzində Çin Xalq Respublikasına aid 29 döyüş təyyarəsi və 5 döyüş gəmisinin Tayvan ətrafında aşkar edildiyi, təyyarələrdən 16-nın Tayvanın Hava Hücumundan Müdafiə Təsnifat Zonasını pozduğu bildirilib ( ADIZ). Çinə məxsus Chengdu GJ-2 tipli pilotsuz uçuş aparatının ilk dəfə Tayvan səmasında göründüyü bildirilib və İHA-nın ADİZ-in cənub-qərbində uçduğu qeyd edilib.
7NEWS.az








